Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub

  • By admin
  • 23 May 2017 14:22

IMG_9836

Alman Azərbaycan Dostluq Cəmiyyəti Almaniyanın Bonn şəhərində keçirilən festivalda iştirak edib.

Gununsesi.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hər il ənənəvi olaraq keçirilən festivalın məqsədi Bonn şəhərindəki əcnəbilərlə yerli xalq arasında mədəni, ictimai əlaqələri inkişaf etdirməkdir.

Builki tədbirdə təxminən, 180 dövlətin təmsilçisi iştirak edib. Festival bu ölkələrin nümayəndələrinə müxtəlif sahələrdə möhkəm və sağlam iş əlaqələri qurmaq, cəmiyyətlərin bir-biri ilə əməkdaşlıq şəraitində bərabər işləmək, mənsub olduqları xalqın mədəniyyətini tanıtmaq, insanları elmə, incəsənətə, idmana, yönəltmək üçün geniş imkanlar açır.

Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva da bu fürsətdən istifadə edərək festivalda Azərbaycanı tanıdıb. Tədbirdə Azərbaycan musiqiləri səsləndirilib, milli mətbəximizdən nümunələr sərgilənib. Eyni zamanda alman dilində Qarabağ həqiqətləri, Xocalı soyqırımı, tarix və mədəniyyətimizə aid kitablar nümayiş etdirilib.

Bundan başqa, Cəımiyyətin sədri Naibə Hacıyeva ona ayrılmış 15 dəqiqəlik vaxtda festival iştirakçılarına Azərbaycan, onun turizm potensialı haqqında məlumat verib, almanları və burada yaşayan əcnəbiləri ölkəmizə səyahət etməyə çağırıb.

Qeyd edək ki, festivala Bonn şəhərinin meri Aşok-Alexander Stidharan və xanımı da qatılıb.

Gülnaz Qənbərli

Gununsesi.info