Almaniyada koronavirusa rekord sayda sutkalıq yoluxma qeydə alınıb

  • By admin
  • 12 Yanvar 2022 15:32

Almaniyada ötən sutka ərzində 80 430 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövrü ərzində növbəti maksimal göstəricidir.

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Robert Xok adına Virusologiya İnstitutunun məlumatında deyilir.

HTML tutorial

Bundan öncəki maksimum göstərici ötən il noyabrın 25-də qeydə alınmışdı – 75 min 961 yoluxma. Epidemiyanın əvvəlindən bu yana 83,2 milyon nəfərin yaşadığı Almaniyada 7 milyon 661 min nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Eyni zamanda, son 24 saat ərzində ölkədə 384 pasiyent koronavirus səbəbindən həyatını itirib və ölənlərin ümumi sayı 114 min 735 nəfərə çatıb.

Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının bu gün səhər saatlarına olan məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 314 milyon 207 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 521 min 807 nəfərə çatıb, 261 milyon 799 min nəfər isə sağalıb.

 

Gununsesi.info