Almaniyada məscidə hücum olunub

  • By admin
  • 27 Sentyabr 2016 12:57

dunya

Almaniyanın Hessen əyalətinin Bebra şəhərindəki Türk İslam Birliyinə bağlı Memar Sinan məscidinə hücum olunub.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, gecə yarısı Bebra şəhərində fəaliyyət göstərən Türk-İslam Mədəniyyət Dərnəyinin binası “molotof kokteyli” ilə hücuma məruz qalıb. Hadisə zamanı zərər çəkən və xəsarət alan olmayıb.

Xəsarət alan olmasa da, binaya ciddi ziyan dəyib. Dəyən ziyanın məbləği 10 min avro civarındadır.

Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Anar

Gununsesi.info