Almaniyada məscidə təhdid məktubu göndərildi

  • By admin
  • 14 Dekabr 2023 12:57

Almaniyanın Münster şəhərində (Şimali Reyn-Vestfaliya) məscidə naməlum şəxslər ksenofobik məktub göndərib.

Gununsesi.info xəbər verir ki, Almaniyadakı Türk-İslam Dini Qurumlar Birliyinə (DİTİB) bağlı bir məscidə göndərilən məktubda müsəlmanlara qarşı ksenofobik ifadə işlədilib. “Almaniya almanlarındır, əcnəbilər uzaq durun”, – deyə məktubda yazılıb.

Müenster Mərkəzi Məscidi Vəqfinin rəhbəri Fəttah Çavuş Anadolu Agentliyinə açıqlamasında Almaniyada ksenofobiyanın artdığını bildirib.

“Təəssüflə qeyd edirik ki, Almaniyada ksenofobiya və müsəlmanlara qarşı düşmənçilik artmaqdadır. Ümid edirik ki, səlahiyyətlilər hücum edənləri tapacaq və onlar lazımi cəzanı alacaqlar”.

Hadisə ilə bağlı yerli polisə məlumat verilib.

Gununsesi.info