Almaniyada müalicə alan Hacı Nurandan xəbər var

Almaniyada müalicə alan Hacı Nurandan xəbər var

“Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynovun müalicəsi davam edir. Ötən ayın sonunda anidən halı pisləşərək xəstəxanaya yerləşdirilən aparıcı hazırda Almaniyadadır. 

Hacı Nuran klinikalardan birində müalicəsini davam etdirir.  Orada da Hüseynovun Ağciyərində onkoloji şişin olduğunu təsdiq ediblər.

 Aparıcı “Qafqazinfo”ya danışarkən hələ bir müddət Almaniyada olacağını qeyd edib: “Müalicəm davam edir. Bakıda necə analizlərin nəticəsi çıxmışdırsa, burada da elə oldu. Darıxmayın, hər şey qaydasına düşəcək”.

COMMENTS