Almaniyada müsəlmanları qəzəbləndirən HADİSƏ: 20 məzar dağıdıldı

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəraitdə dağıdılıb.

Gununsesi.info “Haber Global”a istinadən xəbər verir ki, Almaniyada naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox məzardan 20-si dağıdılıb.

HTML tutorial

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıb.

Araşdırmalar zamanı müsəlmann məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 1- 2 radələrində baş verdiyi təxmin edilir.

Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar.

Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.

Gununsesi.info