
Almaniyada Prezident Sarayının işıqları söndürüləcək.
Gununsesi.info xəbər verir ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer elektrik enerjisinə qənaət etmək, yaxınlaşan enerji böhranına diqqət çəkmək və nümunə göstərmək üçün Bellevue sarayının işıqlarının axşam saatlarında söndürülməsi barədə göstəriş verib.
Qeyd edək ki, gələcək üçün ölkədə qışda qızdırıcıların temperaturunun aşağı salınması, müəyyən saatlarda isti suyun kəsilməsi, qapalı hovuzların tamamilə bağlanması və ya onların suyunun qızdırılmaması kimi bir çox fərqli tədbirlərdən bəhs edilir.
Gununsesi.info