Berlində fermerlər traktorlarla Brandeburq darvazasında etiraz aksiyası keçiriblər.
Gununsesi.info xəbər verir ki, Almaniyada enerji qiymətlərinin artması, eləcə də inflyasiya səbəbindən fermerlər etiraz aksiyası keçiriblər. Fermerlər onlara verilən subsidiyaların davam etdirilməsini və vergilərin azaldılmasını tələb edərək, əks halda müflis olacaqlarını bildiriblər.
Almaniya kansleri Şoltsa Milad bayramına qədər vaxt verən fermerlər, tələbləri yerinə yetirilməzsə, yeni il ərəfəsində Almaniya paytaxtında nəqliyyatın hərəkətini tamamilə iflic edərək hakimiyyətə “Yeni il sürprizi” verəcəkləri ilə hədələyirlər.
Gununsesi.info