Almaniyada ŞOK: Bir əsgər 4 nəfəri güllələdi

  • By admin
  • 01 Mart 2024 14:43

Almaniyanın Aşağı Saksoniya əyalətində bu gecə bir Bundesver (Almaniya Silahlı Qüvvələri) əsgəri 4 nəfəri güllələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Rotenburq polisi və Verdun prokurorluğu ölənlər arasında bir uşağın olduğunu bildirib.

Cinayət yerləri Şessel və Botel qəsəbələrində yerləşir. Qətlin motivi şübhəlinin şəxsi münasibətləri ilə bağlı ola bilər.

“Bild” xəbər verir ki, ölənlər şübhəlinin keçmiş sevgilisi, keçmiş sevgilisinin uşağı, keçmiş sevgilisinin yeni ortağı və anasıdır. Bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

İstintaqın məlumatına görə, şübhəli şəxs ölümcül atəş açıldıqdan az sonra təslim olub və polis tərəfindən saxlanılıb.

Prokurorluq şübhəlinin silahının Bundesverə aid olub-olmaması ilə bağlı hələlik heç bir məlumat verməyib.

Xatırladaq ki, fevralda Almaniyanın müdafiə naziri Bundesverin maliyyələşdirilməsinə yanaşmanın dəyişdirilməsinin tərəfdarı olduğunu bildirmişdi.

Gununsesi.info