Almaniyada təhlükəli ştama yoluxanların sayı artdı

  • By admin
  • 30 Noyabr 2021 09:05

Almaniyanın Hessen federal əyalətində koronavirusun yeni “omikron” ştamına 4 yoluxma halı müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Yoluxanların hamısı hazırda karantinə salınıb.

Onların hansı ölkədən gəldiyi araşdırılır.

Bundan əvvəl Şimali Reyn-Vestfaliya federal əyalətində Cənubi Afrikadan gələn iki nəfərdə yoluxma aşkarlanıb.

Ümumilikdə, Almaniyada təhlükəli hesab edilən ştama yoluxanların sayı 6 nəfər təşkil edir.

Gununsesi.info