Almaniyada təyyarə qəzaya – ölənlər var

Almaniyanın Anhalt-Bitterfeld bölgəsində (Saksoniya-Anhalt federal torpağı) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti yerli polisə istinadən məlumat yayıb.

HTML tutorial

Məlumata görə, təyyarənin göyərtəsində dörd nəfər olub. Nəticədə pilotla yanaşı 14 və 17 yaşlarında olan iki yeniyetmə ölüb. Digər yaralı sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri hələ ki məlum deyil.