Almaniyada təbii fəlakət qurbanlarının sayı artdı: Mindən çox insan itkin düşüb – FOTO

  • By admin
  • 16 İyul 2021 10:41

Almaniyanın qərbindəki Arvayler rayonunda daşqından sonra təxminən 1 300 nəfər itkin düşüb.

Gununsesi.info xəbər verir ki, “Deutsche Welle” bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, 3,5 mindən çox insan müvəqqəti yaşayış yerlərinə köçürülüb.

Ərazidə mobil rabitə işləmir, buna görə səlahiyyətlilər ümid edirlər ki, itin düşənlər harada olduqları barədə məlumat ötürə bilmirlər.

Son məlumatlara görə, Qərbi Almaniyada leysan yağışlar və daşqınlar nəticəsində azı 58 nəfər həlak olub.

Ayfel rayonunun səlahiyyətliləri Rur çayı üzərindəki su bəndinin aşmağa başladığı üçün yeni genişmiqyaslı daşqınların olacağından ehtiyat edirlər. Bənd ərazisindəki kəndlər artıq boşaldılıb. Enerji şirkəti ehtiyat olaraq elektrik enerjisini kəsə biləcəyi barədə xəbərdarlıq edib.

Hazırda Qərbi Almaniyada təxminən 165 min insan sel səbəbiylə elektrik enerjisiz qalır.

Sinoptiklər yağışların yaxın günlərdə davam edəcəyini proqnozlaşdırır.