Almaniyada türkləri və müsəlmanları məmnun edəcək siyasətdən imtina edilir

  • By admin
  • 11 Dekabr 2023 12:18

İllərdir Almaniyanın ən güclü siyasi partiyalarından biri olan Xristian Demokratlar Partiyasının (CDU) uzun müddətdir mənimsədiyi İslam siyasətində “U-dönüşü” edilməyə başlanır.

Gununsesi.info-nun məlumatına görə, Almaniyanın keçmiş daxili işlər nazirlərindən biri olan Volfqanq Şauble bildirib ki, keçmiş prezident Kristian Vulf və keçmiş baş nazir Angela Merkeldən qəbul etdiyi “İslam Almaniyaya məxsusdur” fəlsəfəsindən bundan sonra istifadə edilməyəcək.

Almaniyanın ən çox oxunan qəzetlərindən olan “Bild” CDU-nun bu siyasətdən uzaqlaşmaq qərarına gəldiyini yazıb. Qəzet bu gün ictimaiyyətə təqdim olunacaq XDİ-nin yeni partiya siyasətini dərc edib. Yeni yol xəritəsində “İslam Almaniyaya məxsusdur” ifadəsi yerinə “Bizimlə eyni dəyərlərə sahib olan müsəlmanlar Almaniyaya məxsusdur” və “Şəriət Almaniyaya aid deyil” ifadələri yer alıb.

“Bild” qəzeti partiyanın CDU-nun keçmişdə qeyri-məhdud tolerantlıq göstərdiyi səbəbiylə tənqidlər aldığını yazıb.

2015-ci ildə o zamankı baş nazir Angela Merkel “İslam bizimdir, çünki burada milyonlarla müsəlman yaşayır”, 2018-ci ildə isə “Bu müsəlmanlar Almaniyaya aiddir. Onların dini də Almaniyaya məxsusdur” demişdi.

CDU-nun yeni rəhbərliyinin bu yanaşmanı qəbul etmədiyi bildirilsə də, partiya lideri Fridrix Merzin də çərşənbə günü heyəti ilə 15 saat görüşdükdən sonra bu layihə mətnini hazırlaya bildiyi bildirilib.

Gununsesi.info