
Almaniyanın Hessen federal əyalətinin hakimiyyət orqanları öz məktəblərində ukrayna dilinin öyrənilməsini tətbiq edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hessenin mədəniyyət və təhsil naziri Armin Şvarzın sözlərinə görə, bu qərar açıq həmrəylik əlamətidir.
“Biz Ukraynadan olan bir çox gənc və müəllimə fərdi qabiliyyətlərinə uyğun olaraq daha geniş təhsil və peşəkar perspektivlər təqdim etmək istərdik” .
Şvarzs qeyd edib ki, qarşıdan gələn tədris ilində Hessen məktəblərində Ukrayna dili ikinci xarici dil kimi tətbiq olunacaq. İlk mərhələdə onun öyrənilməsi sınaq xarakterli olacaq. Eyni zamanda, hətta ukraynalı olmayanlar da onu seçə biləcəklər.
Hessenin beynəlxalq məsələlər üzrə naziri Manfred Pentz hesab edir ki, yerli məktəblərdə ukrayna dilinin öyrənilməsi orijinal Ukrayna mədəniyyətinin qorunmasına töhfə olacaq.
Gununsesi.info