Almaniyada ukraynalı basketbolçunu qətlə yetirən saxlanıldı

  • By admin
  • 12 Fevral 2024 15:03

Almaniya polisi ukraynalı basketbolçu Vladimir Ermakovun qatilini saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sosial şəbəkə hesabında yazıb.

“Mövcud məlumata görə, polis artıq hücumçunu saxlayıb. İstintaq tədbirləri davam etdirilir”, – Nikolenko qeyd edib.

O, işin Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi nəzarətində olduğunu vurğulayıb.

“Düsseldorfdakı Baş Konsulluq artıq Essen şəhərinin polis rəisi ilə danışıqlar aparıb. Konsullar tez bir zamanda istintaqın aparılması və cinayətkarın məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd ediblər”, – XİN nümayəndəsi əlavə edib.

O, hücum zamanı yaralanan ikinci ukraynalının vəziyyəti barədə də məlumat verib.

Nikolenkonun sözlərinə görə, ona Essendəki xəstəxanada lazımi tibbi yardım göstərilir. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

Bundan əvvəl Ukrayna Basketbol Federasiyası 17 yaşlı ukraynalı basketbolçu Vladimir Ermakovun Almaniyada öldüyünü, Kiyev Basketbol Federasiyası (FBK) isə onun hücum nəticəsində öldüyünü bildirib.

“Volodya (Ermakov – red.) dostu Artem Kozaçenko ilə Düsseldorfun “ART Giants” (U-19) gənclər komandasında çıxış edirdilər. Növbəti oyun ərəfəsində gənc basketbolçular küçədə bıçaqla hücuma məruz qalıblar”, – federasiyanın məlumatında qeyd olunub.

FBK qeyd edib ki, həkimlər Ermakovun həyatını xilas edə bilməyiblər, Kozaçenko isə reanimasiyada saxlanılır.

Gununsesi.info