Almaniyada xəstəxana yandı: Ölən və yaralılar var

Almaniyanı Berlin şəhərində yerləşən xəstəxanaların birində gecə saatlarında yanğın başlayıb.

Bu barədə şəhərin yanğınsöndürmə xidmətinin “Twitter” hesabında məlumat verilir:

HTML tutorial

“Klinikanın ikinci mərtəbəsində yerləşən palata yanıb. Bir nəfər ölüb. Beş nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır”.

Qeyd edilir ki, 100-dən çox yanğınsöndürənin yanğını söndürməsi üçün 3 saatdan çox vaxt tələb olunub.

Gununsesi.info