Almaniyada zavodda partlayış baş verib, ölən və yaralananlar var

  • By admin
  • 17 Oktyabr 2016 23:09

al

 

Almaniyada BASF kimya konserninə məxsus zavodda güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Lyüdviqshafen şəhərində qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər ağır yaralanıb. Daha 2 nəfərin itkin düşdüyü bildirilir.

Partlayışın səbəbləri müəyyənləşdirilir.

 

Gununsesi.info