Almaniyadan Azərbaycana deportasiya gözlənilir

Almaniyada mühacir həyatı yaşayan azərbaycanlılar təşvişə düşüblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyada yaşayan azərbaycanlılar sosial şəbəkələrdə məlumat yayıblar.

HTML tutorial

Bildirilib ki, noyabr ayının sonlarında Almaniyadan Azərbaycana deportasiya gözlənilir. Sənədləri qaydasında olmayan, qanunsuz mühacirət edənlərin ölkədən çıxarıla biləcəyi vurğulanır.

O da qeyd edilir ki, alman polisi bu günlərdə mühacirlərin yaşadığı ünvanlara gedərək yoxlamalara başlayıb.

Aparılan yoxlamalar bəzi soydaşlarımızı təşvişə salıb.

Gununsesi.info