Almaniyadan deport olunan siyasi fəalın apellyasiya şikayətinə baxılıb

  • By admin
  • 04 Avqust 2022 14:46

“Bu gün Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə siyasi məhbus Ziya İbrahimovun həbsindən verdiyim apelyasiya şikayətinə baxıldı. Prosesin sonunda şikayətin təmin edilmədiyi bəlli oldu”.

Bunu Gununsesi.info-ya vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Ziya İbrahimov məhkəmədə şəxsi işinə üç qırmızı xətt qoyulduğunu və video bloger yazıldığını deyib.

Qeyd edək ki, Ziya İbrahimov Almaniyaya mühacirət etsə də siyasi sığınacaq ala bilməyib və geriyə göndərilib.

Gununsesi.info