Almaniyadan deportasiya edilən siyasi fəalın məhkəməsi niyə uzadılır?

  • By admin
  • 02 İyun 2023 14:47

Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və  həbs edilən Samir Aşurovun məhkəmə prosesində süründürməçilik halları davam edir.

Bu barədə Gununsesi.info-ya siyasi məhbusun həyat yoldaşı Nuranə Aşurova bildirib.

Onun sözlərinə görə, qurama ittihamla həbsdə olan Samir Aşurovun məhkəmə prosesi 1 ilə yaxındır ki, davam edir: “Hər dəfə müxtəlif bəhanlərlə məhkəmə uzadılır. İş üzrə saxta zərərçəkən Elşən Nəbiyev məhkəməni saymır və gəlmir. İki dəfə onu zorla prosesə gətiriblər”.

Nuranə Aşurova həyat yoldaşının səhhətinin yaxşı olmadığını və təcridxanada daha da pisləşdiyini deyib.

 

Elmar

Gununsesi.info