Almaniyadan İsrailə etiraz – Bu qərara qarşıyıq

  • By admin
  • 01 Mart 2023 11:15

Almaniya XİN başçısı Annalena Baerbok İsrailin edam cəzasına qarşı olduqlarını sölyəyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Annalena açıqlamasında bildirib ki, onlar bütün dünyada bu qəddar tətbiqə qarşı olduqlarını söyləyirlər.

“Çünki çəkindirici olmadığı isbat edildi. Bundan narahatlıq duyuruq”, – deyə xanım nazir vurğulayıb.

İsrailli həmkarı Eli Cohenlə görüşündə alman nazir nasist döyüş cinayətkarı Adolf Eyşmana qarşı ölüm cəzasına işarə edərək deyib:

“Bu, İsraili beynəlxalq arenada haqsız tənqidlərə qarşı qoruyan bizim üçün hər zaman təsirli bir arqument olub. Bu səbəblə, bunu bir dost olaraq söyləyirəm. Bunun xəta olacağına inanıram. Bizi birləşdirən dəyərlər arasında məhkəmənin müstəqilliyi kimi prinsiplərin qorunması da yer almaqdadır. Bu, hər zaman İsrail üçün istiqamətverici olub”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info