Almaniya hökuməti yəhudi dövlətinin Qüds və İsrail irsi üzrə naziri Amihaya Eliyahunun Qəzza zolağında nüvə silahından istifadənin mümkünlüyü barədə sözlərini qəbuledilməz hesab edir.
Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə jurnalistlərə bildirib.
“Bu cür bəyanatlar qəbuledilməzdir”, – o deyib.
Bundan əvvəl İsrail radiosu aparıcısının Qəzza zolağına nüvə bombasının atılıb-atılmaması haqda sualını cavablandıran Eliyahu “bu, ehtimallardan biridir” deyib. Nazir daha sonra qeyd edib ki, “hər bir sağlam düçünən insana aydındır ki, atom bombası ilə bağlı bəyanat metaforikdir”, lakin İsrailin “əlbəttə ki, terrorizmə güclü və qeyri-mütənasib reaksiyaya ehtiyacı var”.
İsrailin baş naziri Benyamin Netanyahu Eliyahunu hökumət iclaslarından uzaqlaşdırıb və onun Qəzzada nüvə silahından istifadə ehtimalı ilə bağlı bəyanatlarını rədd edib.
Gununsesi.info