Almaniyadan Rusiyaya: RUBLLA ÖDƏNİŞ EDİLMƏYƏCƏK !

  • By admin
  • 31 Mart 2022 19:21

Rusiya qazı ilə bağlı müqavilələrdə avro, yaxud dollarla ödəniş nəzərdə tutulub və bu, belə də qalmalıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.

“Biz qaz tədarükü ilə bağlı müqavilələrə baxdıq, orada deyilir ki, ödənişlər əsasən avro, bəzən dollarla həyata keçirilir. Rusiya prezidenti ilə söhbət zamanı da mən bunun belə qalacağını açıq şəkildə bildirdim”, – kansler söyləyib.

Qeyd edək ki, bundan öncə Vladimir Putin dost olmayan ölkələrin Rusiya qazına olan ödənişlərinin rublla aparılması ilə bağlı fərman imzalayıb.

Gununsesi.info