Almaniyanın müdafiə naziri Boris Pistorius Kosovoda xidmət edən alman əsgərlərini ziyarət edib.
Gununsesi.info xəbər verir ki, Pistorius aprel ayından etibarən Kosovoya daha 150 əsgər göndərməyi planlaşdırdıqlarını bildirib.
Pstorius Kosovoda yaşayan alban və serbləri gərginliyi artırmamağa və dialoqa çağırıb.
“Gündəm dialoq və gərginliyin azaldılmasıdır. Baş nazir çox aydın şəkildə vurğuladı ki, Qərbi Balkanların gələcəyi Avropa Birliyindədir. Belə olan halda, heç kim vəziyyəti daha da pisləşdirməməlidir”, – deyə nazir bildirib.
Pistorius Kosovo prezidenti Vyosa Osmani ilə keçirdiyi görüşdə, aprel ayı etibarilə Kosovoya yerləşdiriləcək 150 əlavə əsgər göndərmək istədiklərini qeyd edib.
Almaniyanın hazırda Kosovoda 90 əsgəri var.
Gununsesi.info