
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ilə Almaniya arasında gərginliyin artdığı bir vaxtda Almaniyanın İqtisadiyyat Nazirliyinin mətbuat katibi Katarina Dubeldən yeni açıqlama gəlib.
O, Türkiyə ilə bağlı görüləcək bir sıra tədbirlərin hələ müzakirə olunduğunu bildirib.
Mətbuat katibinin sözlərinə görə, hazırda Almaniya və onun Avropa Birliyinə daxil olan əməkdaşları arasında belə bir vəziyyətdə Türkiyənin Gömrük Birliyi ilə razılığa gəlməyin lazımlı olub-olmadığı barədə danışıqlar gedir.
Dubel Türkiyə ilə bağlı bəzi məsələlərə də yenidən baxılacağına diqqət çəkib.
Gununsesi.info