Almaniyadan Türkiyəyə “silahlı təhdid”

  • By admin
  • 21 İyul 2017 19:35

almaniya turkiye

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyinin mətbuat katibi Türkiyədən gələn bütün silah layihələrinin yenidən gözdən keçiriləcəyini bildirib.

Almaniyanın “Bild” qəzeti iki ölkə arasında günü-gündən artan gərginlikdən dolayı Ankaradan təqdim olunan silah layihələrinin təxirə salındığını yazıb.

Lakin bu mövzu ilə bağlı dövlət hələ ki, rəsmi məlumat verməyib.

Gununsesi.info