Almaniyadan Türkiyəyə xəbərdarlıq: Şantaja son qoyun!

  • By admin
  • 01 Avqust 2016 17:19

alman

Almaniya hökuməti Türkiyədən Avropa Birliyinin miqrantlara qapılarını açacağı təqdirdə, viza rejiminin sadələşdirilməsi ilə əlaqədar olaraq verilən vədlərlə bağlı şantajlara son qoymasını tələb edib.

Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Almaniyanın vitse-kansleri Ziqmar Qabriel çıxış edib. Z. Qabriel deyib ki, viza rejiminin liberallaşdırılmasının olub-olmaması Türkiyədən asılıdır. “Almaniya və Avropa Birliyi hər hansı vəziyyətdə şantaj hədəfinə çevrilməməlidir”- deyə, Z. Qabriel bildirib.

Qeyd edək ki, Türkiyə XİN-nin başçısı M. Çavuşoğlunun viza rejiminin sadələşdirilməyəcəyi təqdirdə, miqrant məsələsi ilə bağlı  ölkəsinin AB ilə imzaladığı sazişdən imtina edəcəyini bildirmişdi.

Gununsesi.info