Almaniyadan Ukraynaya BÖYÜK DƏSTƏK

  • By admin
  • 18 Aprel 2022 09:57

Almaniyadan olan 1100-dən çox həkim xəstə və yaralılara kömək məqsədilə Ukraynaya və qonşu ölkələrə getmək üçün Federal Tibb Assosiasiyasının portalında qeydiyyatdan keçib. 

Gununsesi.info xəbər verir ki, bu barədə assosiasiyanın prezidenti Klaus Reynhardt bildirib.

“Rəqəmlər həkimlərin Ukrayna xalqı ilə həmrəyliyinin nə qədər böyük olduğunu göstərir. Axı orada işləmək həyat üçün təhlükə yarada bilər”, – o deyib.

Reynhardt əlavə edib ki, Almaniya Federal Tibb Assosiasiyası hazırda Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ukrayna və qonşu dövlətlərin səfirlikləri ilə həkimlərin ən yaxşı şəkildə bölgəyə necə yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Bununla bağlı o, Ukrayna ərazisində işləyən həkimlərin təhlükəsizliyinə zəmanət verilməli olduğunu vurğulayıb. Assosiasiya rəhbərinin sözlərinə görə, qonşu ölkələrdən müraciətlər hələ də daxil olmayıb. “Lakin biz hazırıq. Hökumət beynəlxalq humanitar missiyalara ehtiyac olduğunu elan edən kimi biz kifayət qədər sayda həkim tapa biləcəyik”, – Reynhardt vurğulayıb.

Gununsesi.info