Almaniyadan Ukraynaya RƏDD CAVABI

  • By admin
  • 12 Sentyabr 2022 21:37

Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukraynanın döyüş tankları tələbini rədd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nazir qeyd edib ki, indiyədək heç bir ölkə Ukraynaya Qərb istehsalı piyadaların döyüş maşını və ya tank tədarük etməyib.

“Almaniya birtərəfli qaydada belə addımlar atmayacaq”, – deyə Lambrext Kiyevi məyus edən açıqlama verib.

Gununsesi.info