Almaniyadan Ukraynaya 400 milyon avroluq hərbi yardım

  • By admin
  • 19 Sentyabr 2023 11:44

Almaniyanın Müdafiə Naziri Boris Pistorius Ukraynaya hərbi yardım ediləcəyini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pistorius hərbi yardımın 400 milyon avro dəyərində olacağını bildirib.

“Partlayıcı, sursat, minaatan, mina raketi kimi əlavə cəbbəxana göndəririk”, – deyə nazir söyləyib.

Almaniyalı nazir, Ukrayna döyüşçülərinə bundan başqa zirehli texnika, mina axtarma sistemləri göndərəcəklərini vurğulayıb.

“Yaxınlaşan payız mövsümünü göz önünə alırıq. Paltarlarla yanaşı, generator və qısdırıcı da göndərəcəyik”, nazir Pistorius deyib.

Yardım paketinin 400 milyon avro dəyərində olacağını sözlərinə əlavə edən Almaniya rəsmisi Ukrayna əsgərlərinin öyrədilməsi üçün tədris prosesinin davam edəcəyini dilə gətirib.

 

Tərcümə: Arzu

Gununsesi.info