Almaniyadan Ukraynaya ağır zərbə

  • By admin
  • 13 Dekabr 2021 12:14

Ukrayna müdafiə naziri Aleksey Reznikov Almaniyadan müdafiə silahlarının alınmasına veto qoyulmasına reaksiya verib.

Gununsesi.info-nun  xəbərinə görə, nazir bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

HTML tutorial

Reznikov bildirib ki, Almaniya ötən ay NATO-nun Dəstək və Təchizat Agentliyi vasitəsilə Ukraynanın dron əleyhinə silahlar və sistemlər almasına veto qoyub.

Almaniyanın hələ də “Şimal axını-2” qaz kəmərini inşa etdiyinə diqqət çəkən Reznikov vurğulayıb: “Onlar bizim müdafiə silahlarımıza veto qoyurlar. Bu, ədalətli deyil”.

Bundan əvvəl ABŞ da Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketini dayandırıb.

Gununsesi.info