Almaniyadan Ukraynaya DƏSTƏK

  • By admin
  • 13 Aprel 2022 14:15

Almaniyada hakim partiya daxilində Ukraynaya ağır silahların tədarükü ilə bağlı razılıq əldə olunub.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə hakim partiyadan olan deputat Markus Faber tvitter səhifəsində yazıb.

Vurğulanıb ki, Ukraynaya tez bir zamanda ağır silahlar göndəriləcək.

Qeyd edək ki, daha əvvəl Almaniyanın Ukraynaya 50-dək tank və 60-a yaxın piyada döyüş maşını göndərməyə hazır olduğu bildirilmişdi. Xarici işlər naziri Annalena Berbok isə söyləmişdi ki, Kiyev ən qısa vaxtda ağır silahlarla təmin olunmalıdır.

Gununsesi.info