Almaniyadan vətəndaşlarına xəbərdarlıq: “O ölkəni tərk edin”

  • By admin
  • 04 Yanvar 2024 08:49

Almaniya Livandakı vətəndaşlarına səyahət xəbərdarlığı edib və onları ölkəni tərk etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında Livan və İsrail arasında sərhəd bölgəsində gərginləşə biləcək hərbi münaqişələr səbəbilə Almaniya vətəndaşlarına Livanı tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Açıqlamada cari səyahət xəbərdarlıqlarının nəzərə alınması lazım olduğu və Livanı təhlükəsiz şəkildə tərk etmək istəyən Almaniya vətəndaşlarından mövcud kommersiya səyahət variantlarından istifadə etmələri istənilib.

Gununsesi.info