Almaniyalı hücumçu “Fənərbağça”dan ayrıldı

  • By admin
  • 18 İyun 2020 22:24

Türkiyə “Fənərbağça”sının futbolçusu Maks Kruze klubla yollarını ayırıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, almaniyalı hücumçu “sarı-lacivərdlilər”lə müqaviləsini birtərəfli şəkildə pozub.

Qeyd edək ki, M.Kruze 2019-cu ilin yayında Almaniya “Verder”indən “Fənərbağça”ya keçib. 32 yaşlı forvardla 3 illik müqavilə imzalanmışdı.

 

Gununsesi.org