Almaniyalı qadın atletlər Qətərdə pis çəkilmələrindən narahatdır - FOTO / VİDEO

  • By admin
  • 30 Sentyabr 2019 16:34

Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatında almaniyalı qaçışçılar çəkilişlərdən narazılıq edib.

Gununsesi.org xəbər verir ki, Cina Lükenkemper qaçış zamanı startda onların operatorlar tərəfindən pis pozda çəkilməsinə etiraz edib.

O, “Bild”ə açıqlamasında bu barədə deyib:

“Düşünmürəm ki, bu kameralar çox yaxşıdır. Belə çəkiliş zamanı məndə xoşagəlməz hiss formalaşır”.

Daha sonra onun komanda yoldaşı Tatyana Pinto da çəkilişdən narazılığını bildirib. Almaniya Atletika Assosiasiyası isə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına bu barədə müraciət edib. Bundan sonra təşkilatçılar idmançıları startda iri planda çəkməyə başlayıb, günün sonunda isə bu videoları silib.

Səbuhi Musayev