Almaniyanın ilk kosmonavtı öldü

  • By admin
  • 23 Sentyabr 2019 08:56

Almaniyanın ilk kosmonavtı Ziqmund Yen 82 yaşında vəfat edib.

Bu haqda Almaniyanın aerokosmik mərkəzindən bilidirblər.

Ziqmund Yen 1978-ci ildə Sovet İttifaqının “Soyuz-31” kosmik gəmisində rusiyalı Baleri Bıkovski ilə birlikdə “Salyut-6” orbital stansiyasına uçuş edib.

Onların uçuşu bir həftədən artıq davam edib.

Qeyd edək ki, Z.Yen bütöv Almaniyanın ilk, Almaniya Demokratik Respublikasının (ADR) isə yeganə kosmonavtı olub. O Sovet İttifaqı və ADR qəhrəmanı adına layiq görülmüşdür.

Gununsesi.org