Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir - Zelenski

  • By admin
  • 11 Aprel 2022 09:31

“Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir”.

Gununsesi.info UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla söhbətindən sonra bəyan edib. “Mən bu gün Almaniya kansleri Olaf Şoltsla müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını necə məsuliyyətə cəlb etmək barədə danışdım. Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülhə nail olmağa məcbur etmək barədə danışdım”, – prezident deyib.

“Mən şadam ki, Almaniyanın mövqeyi son vaxtlar Ukraynanın xeyrinə dəyişib. Hesab edirəm ki, bu, kifayət qədər məntiqlidir. Çünki bu, alman xalqının əksəriyyətinin dəstəklədiyi kursdur. Və mən ona minnətdaram. Amma mən bunu gözləyirəm. Razılaşdığımız hər şey həyata keçiriləcək, bu vacibdir”, – deyə Zelenski bildirib.

Gununsesi.info