Noyabrın 21-də Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gəlib.
Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi səfərin məqsədini Berlinin Ukraynaya dəstəyini təsdiqləmək adlandırıb. Səfərin əsas mövzuları Ukrayna ordusunun təlimi və Kiyevə hərbi yardım olacaq.
Pistoriusun günortadan sonra ukraynalı həmkarı Rustem Umerov, eləcə də Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqları planlaşdırılıb. Səfər proqramına siyasi danışıqlarla yanaşı, on il əvvəl Avromaydanın başladığı Maydana əklillərin qoyulması və Ukrayna hərbi poliqonuna səfər də daxildir.
Bu, Pistoriusun müdafiə naziri vəzifəsinə başladıqdan sonra Kiyevə ikinci səfəridir. O, sonuncu dəfə fevralda Kiyevdə olub.
Gununsesi.info