Almaniyanın səfiri GƏNCƏDƏ  - FOTO

  • By admin
  • 07 Oktyabr 2021 16:56

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Volfqanq Maniqin Gəncə şəhərinə səfər edib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Həmçinin Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində zərər görmüş əraziləri ziyarət edib.

Səfir Nizami Gəncəvi Məqbərə Kompleksinin ərazisində almaniyalı şərqşünas-alim Stefan Veidner tərəfindən Nizami Gəncəvi barədə məruzəni də dinləyəcək.