Almaniyanın XİN rəhbəri vəkillər və hüquq müdafiəçisi ilə görüşüb

  • By admin
  • 04 Noyabr 2023 18:29

 

Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının sədri Rüfət Səfərov və vəkillər Zibeydə Sadıqova və Elçin Sadıqovla görüşüb.

Bu barədə Gununsesi.info-ya Rüfət Səfərov bildirib:

 

“Görüşdə Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti, siyasi yüklü inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının durumu, xüsusilə, Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncəyə məruz qalan fəalların işləri müzakirə mövzusu, eləcə də Azərbaycan-Ermənistan münasibətləri, işğal altında olmuş ərazilərdə aparılan antiterror əməliyyatları, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, hərbçilərin və mülki şəxslərin mina qurbanı olması və s. mövzular müzakirə obyekti oldu”.

 

Rüfət Səfərov deyib ki, Görüşdə Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann və xarici işlər naziri Annalena Berboku müşayiət edən alman mediasının təmsilçiləri də iştirak edib.

 

Elmar

Gununsesi.info