
Almaniyanın Saksoniya-Anhalt əyalətindəki Vittenber şəhərində mütəxəssislər robot rahib ixtira ediblər.
Gununsesi.info lenta.ru-ya istinadən xəbər verir ki, robot rahib inanclı insanlara “İncil” (Bibliya) oxumaqla yanaşı, onlara dua edir.
Robot rahibin sinəsində sensor ekran yerləşdirilib. İstifadəçini salamlayan robot ona müraciət edən şəxsdən hansı duanı istədiyini və buna uyğun olaraq hansı düyməni basmasını deyir.
Düyməni basdıqdan sonra robot əllərini göyə qaldıraraq “Allah səni qorusun və hifz eləsin” deyir.
Robot bu kəlmələrdən sonra “Bibliya”dan parçalar oxuyur. Arzuya uyğun olaraq bu hissələri çap etmək mümkündür.
Gununsesi.info