
Almanlara dərs keçən azərbaycanlını öz qohumu qarət etdi
Almaniyada müəllim işləmiş azərbaycanlının 62 min avrosunu öz qohumu oğurlayıb. İndi həmin şəxsin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Gununsesi.info xəbər verir ki, söhbət Fuad Zeynalovdan gedir. Onun işini Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bugünkü məhkəmədə pulu oğurlanan zərərçəkmiş Qədir Əliyev də iştirak edib. O, almanlara alman dili öyrədirmiş.
Təqsirləndirilən Fuad Zeynalov onun baldızının kürəkənidir.
Zərərçəkmiş Qədir Əliyev 10 ildən artıqdır Almaniyada yaşadığını, ötən il Azərbaycana qayıtdığını bildirib.
Məhkəmədə o da məlum olub ki, oğurlanan puldan 11 min 800 qaytarılıb.
Hadisə 2017-ci ilin oktyabrında Abşeron rayonunda baş verib.
Gülər
Gununsesi.info