Almanların təxminən 60%-i hazırkı koalisiya hökumətinin və şəxsən kansler Olaf Şolzun işindən narazıdır.
Gununsesi.info xəbər verir ki, bunu ZDF telekanalı keçirilən sorğuya əsasən məlumat yayıb.
Araşdırmaya görə, sorğuda iştirak edən Almaniya vətəndaşlarının 62%-i Almaniya Sosial Demokrat Partiyası, Almaniya Azad Demokrat Partiyası və Yaşılların hakim koalisiyasının qeyri-qənaətbəxş işlədiyi qənaətindədir.
33% isə əks fikir bildirib.
Bundan əlavə, respondentlərin 76%-i Şolzun hökumət başçısı kimi liderlik keyfiyyətlərindən narazıdır. Respondentlərin yalnız 16%-i bunun əksini düşünür.
Sorğu iştirakçılarının 29%-i onun ikinci müddətə namizədliyini irəli sürməsini müsbət hesab edir, 67%-i isə belə inkişafın əleyhinədir.
Bundan əvvəl Almaniya Sosial Demokrat Partiyasını təmsil edən Olaf Şolz partiyasının 2025-ci ildə keçiriləcək parlament seçkilərində yenidən qalib gələcəyinə əminliyini ifadə edib.
Onun sözlərinə görə, SPD bütün proqnozların əksinə olaraq Bundestaqa əvvəlki seçkilərdə qalib gəlib.
Şolz hesab edir ki, partiya növbəti federal seçkilərdə qalib gələ bilər.
İlhamə
Gununsesi.info