Almanların əksəriyyəti Ukraynaya qırıcı verilməsini istəmir

  • By admin
  • 02 İyun 2023 09:47

Almanların demək olar ki, üçdə ikisi Berlinin Ukraynaya döyüş təyyarələri verməsinin əleyhinədir.

Gununsesi.info xəbər verir ki, bunu “ARD Deutschlandtrend”in sorğusunun nəticələri əks etdirir.

Ümumilikdə respondentlərin 64%-i Kiyevə Rusiya təcavüzünə qarşı mübarizədə kömək üçün döyüş təyyarələrinin göndərilməsinin əleyhinə çıxıb, 28%-i isə bu fikri dəstəkləyib.

Sorğuda iştirak edənlərin 43%-i Ukraynanın hazırkı hərbi dəstəyini adekvat qiymətləndirib. Üçdə birindən çoxu (37%) isə “həddindən artıq irəli getdiyini” hesab edir,

almanların daha 14%-i Almaniyanın verdiyi hərbi dəstəyi qeyri-kafi qiymətləndirir.

Qeyd edək ki, respondentlərin 42%-i Rusiyaya qarşı sanksiyaların kifayət qədər əhatəli olmadığını düşünür.

Gununsesi.info