Rusiyanın Müdafiə Nazirliyi faşist Almaniyasının II Dünya Müharibəsi zamanı işğal etdiyi Ukrayna torpaqlarında dinc əhaliyə qarşı etdiyi vəhşiliyi təsdiq edən sənədləri paylaşıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Mərkəzi Arxiv Fondu II Dünya Müharibəsi illərində nasistlərin Ukraynanın Herson bölgəsində yaşayan dinc əhaliyə qarşı törədikləri cinayət əməlləri ilə bağlı, daha əvvəl üzə çıxarılmayan sənədlərini ictimayyətə təqdim edib.
Belə ki, II Dünya Müharibəsi zamanı Sovetlər Birliyinin üçüncü Ukrayna cəbhəsi komandiri general Mixail Rudakov və general Aleksandr Şerbakovun 1994-cü il aprelin 3-də təqdim etdiyi hesabatda, göstərilib ki, o dövrdə nasistlər Herson bölgəsində yaşayan 10 mindən artıq Ukrayna vətəndaşına işgəncə verərək edam ediblər.
Faşist Almaniyası Silahlı Qüvvələrin ən yüksək komandanlığı Vermaxtın 1944-cü il iyunun15-də gizli teleqramda Herson bölgəsindəki edam və qətillərin həyata keçirilməsi zamanı fotoşəkillərin çəkilməməsi təlimatı verilib.
İşgəncə və edamla bağlı sənədlər Herson bölgəsində 7 kilometr uzaqlıqdakı bir məzarın qazılması nəticəsində ortaya çıxıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirlir ki, ölkə daxilində, həm də xaricdə fərqli siyasi güclər II Dünya Mühirəbəsi tarixini yenidən yazmağa cəhdlərinin səbəbi məxfi sənədlərə önəm qazandırmaqdır.
II Dünya Müharibəsi zamanı 6,5 milyondan çox Ukrayna vətəndaşı həyatını itirib.
Anar
Gununsesi.info