Almatı polisi etirazçıları atəşə tutdu -FOTOLAR/VİDEO

  • By admin
  • 06 Yanvar 2022 11:35

Qazaxıstanın Almatı şəhərində gecə saatlarında şəhərin inzibati binalarına və Almatı Polis İdarəsinə hücum edilib. 

Gununsesi.info  TASS-a istinadla xəbər verir ki, bu barədə Almatı Şəhər Polis İdarəsinin sözçüsü Saltanat Azirbek məlumat verib. O bildirib ki, sözügedən hücumun qarşısı alınıb və müqavimət göstərən onlarla etirazçı öldürülüb.

Qeyd edək ki, sosial şəbəkələrdə Qazaxıstan hüquq-mühafizə orqanlarının etirazçılara atəş açmasını əks etdirən kadrlar yayılıb.

Gununsesi.info