Almatıda 22 yaşlı İsrail vətəndaşı həlak oldu

  • By admin
  • 08 Yanvar 2022 17:15

Qazaxıstanın Almatı şəhərindəki toqquşmalarda bir İsrail vətəndaşı həlak olub.

Gununsesi.info “Jerusalem Posta”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

“22 yaşlı Levan Koqeaşvili adlı israilli gənc yanvarın 7-də Qazaxıstanın Almatı şəhərində etiraz aksiyası zamanı öldürülüb”, deyə məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, onun meyitinin dəfn olunması üçün İsrailə təhvil verilməsi ilə bağlı danışıqlar aparılır.

Gununsesi.info