Almatıda hosteldə baş verən yanğında ikisi rus olmaqla 13 nəfər həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə şəhər Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Şəhərin meri Erbolat Dosayev bildirib ki, ruslardan biri Yakutiyadandır.
Yanğın barədə məlumat noyabrın 30-da səhər tezdən daxil olub. Yanğın sahəsi 30 kvadratmetr olub. Ümumilikdə yanğın zamanı yataqxanada 72 nəfər olub, onlardan 59-u özbaşına binanı tərk edib.
İlkin məlumatlara görə, 13 nəfər ölüb. Ölümün şübhəli səbəbi dəm qazından zəhərlənmədir.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Gununsesi.info