Almatıda iğtişaşlarda ölən hərbçi və polislərin xatirəsinə memorial yaradılır

  • By admin
  • 13 Yanvar 2022 12:14

Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı həlak olan hərbçi və polislərin xatirəsinə memorial yaradılacaq.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər administrasiyasının başçısı Bakıtcan Saqintaev açıqlayıb.

Onun sözlərinə görə, memorial şəhərin mərkəzində – Respublika meydanında yaradılacaq.

Gununsesi.info