Almatıda iğtişaşların 1,6 mindən çox iştirakçısı saxlanılıb

  • By admin
  • 12 Yanvar 2022 11:08

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatı şəhərində keçirilmiş iğtişaşların 1600-dən çox iştirakçısını saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə çərşənbə günü Almatı komendantlığı məlumat yayıb.

“Ümumilikdə, qanunsuz əməllərin, talanların və digər cinayətlərin 1678 iştirakçısı saxlanılıb. 36 ədəd odlu silah və 1476 ədəd döyüş sursatı götürülüb”, – məlumatda deyilir.

Komendaturanın məlumatına görə, şəhərin Alatau və Medeu rayonları quldur dəstələrindən təmizlənib.

Polis Almatı şəhərinin perimetri boyu quraşdırılmış beş nəzarət-buraxılış məntəqəsində 38 nəfəri saxlayıb.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib və bu etirazlar iğtişaşlara və talanlara çevrilib. Onlar respublikanın bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və dövlət orqanlarına hücumlarla müşayiət olunub. Minlərlə insan yaralanıb, ölənlərin dəqiq sayı məlum deyil. Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Yanvarın 5-dən ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.

Gununsesi.info